İlham Əliyevin Sarkisyana cavabına Türkiyə hökumətindən reaksiya
28 Aprel 2014 Bazar Ertəsi 14:51
Bu, Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha göstərdi.
Prezident İlham Əliyevin Avropa Birliyinin "Şərq tərəfdaşlığı" sammiti çərsivəsində Ermənistan prezidenti Serj Sarikisyana verdiyi cavaba Türkiyə hökumətindən reaksiya gəlib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun ANS-ə müsahibəsində deyib ki, İlham Əliyev bununla Azərbaycanla Türkiyənin qardaşlığının sarsılmaz olduğunu bir daha göstərib.
Səfir çıxışına görə, Azərbaycan prezidentinə təşəkkür edib. “Türk dövlətlərinin hamısı bu çağırışlara qarşı birgə mübarizə aparmalıdır”.
Xatırladaq ki, Türkiyə mediyası qəzet və internet portallarının baş xəbərinə çevirlən həmin açıqlamada isə İlham Əliyev Ermənistan prezidentinə sərt reaksiya vermişdi: "Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm deyib".
DOSTLARINLA PAYLAŞ: