İlham Əliyev Yuşşenko və Saakaşvilini qəbul etdi
28 Aprel 2014 Bazar Ertəsi 14:40
Görüşlərdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub.
Prezident İlham Əliyev Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonu qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olunub. Həmçinin Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildib.
Ölkə başçısı eyni zamanda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini də qəbul edib. Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışılıb.
Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: