İlham Əliyev Yəmən xalqını təbrik edib
21 May 2012 Bazar Ertəsi 20:22
Azərbaycan prezidenti yəmənli həmkarı Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Yəmən Respublikasının prezidenti Abdurabbih Mənsur Hadiyə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Yəmən arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və rifah diləyirəm".
DOSTLARINLA PAYLAŞ: