İlham Əliyev VTB bankının prezidentini qəbul edib
01 Dekabr 2011 Cümə Axşamı 18:40
Görüşdə IV Bakı Beynəlxalq Bank konfransının önəmi qeyd olunub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyası “VTB” bankının prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib. Görüşdə MDB-yə üzv olan dövlətlərin “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda IV Bakı Beynəlxalq Bank konfransının önəmi qeyd olunub.
Həmçinin Andrey Kostinin Azərbaycana səfərinin onun rəhbərlik etdiyi bankla ölkəmizin maliyyə qurumları arasında əməkdaşlığının genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edilib.
DOSTLARINLA PAYLAŞ: