İlham Əliyev və Cəmil Çiçək görüşüb
12 Noyabr 2013 Çərşənbə Axşamı 21:08
İlham Əliyev və Cəmil Çiçək görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edildi, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulanıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirilib. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edilib. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: