İlham Əliyev Şimon Peresə başsağlığı verib
19 İyul 2012 Cümə Axşamı 18:51
Azərbaycan prezidenti bununla bağlı israilli həmkarına məktub göndərib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsrail dövlətinin prezidenti Şimon Peresə başsağlığı verib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Bolqarıstanın Burqas şəhərindəki hava limanında törədilmiş terror aktı nəticəsində həmvətənlərinizin həlak olması xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar