İlham Əliyev RF Dövlət Duması komitəsinin sədrini qəbul edib
20 İyun 2012 Çərşənbə 18:24
Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskini qəbul edib.

Leonid Slutski ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bu münasibətləri MDB çərçivəsində əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar