İlham Əliyev Raul Kastronu təbrik edib
30 Dekabr 2013 Bazar Ertəsi 21:42
İlham Əliyev: Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri daha da inkişaf edəcək və genişlənəcək.
Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusu təbrik edib. Dövlət başçısının təbriki Kubanın milli bayramı – Azadlıq günü münasibətilə bağlıdır. Təbrikdə deyilir.
"Kubanın milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim sülh və tərəqqi diləyirəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar