İlham Əliyev Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb
02 Mart 2013 Şənbə 10:35
İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar prezidentin qəbulunda olub.
Prezident İlham Əliyev bu gün Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı səfir İnayat Ullah Kakarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Pakistan prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını yüksək qiymətləndirən prezident İlham Əliyev onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə bağlı məsələlər ətrafında apardıqları müzakirələri məmnunluqla xatırlayıb.
Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirməyin önəmini vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü bildirib.
Səfir İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
DOSTLARINLA PAYLAŞ: