İlham Əliyev Pakistan prezidentinə məktub göndərib
22 Mart 2014 Şənbə 15:50
Azərbaycanın dövlət başçısı İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni təbrik edib.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in təbrik məktubunu təqdim edir:
"Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Pakistanı ənənəvi dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik".
Prezident İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Pakistan xalqına sülh və firavanlıq arzulayıb.
DOSTLARINLA PAYLAŞ: