İlham Əliyev Maldiv prezidentini təbrik edib
25 İyul 2012 Çərşənbə 18:55
Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Vahidə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Maldiv Respublikasının prezidenti Məhəmməd Vahidə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Maldiv arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir".

İlham Əliyev Məhəmməd Vahidə möhkəm cansağlığı, işlərində uğurlar, dost Maldiv xalqına sülh və rifah arzulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar