Prezident İlham Əliyev bu gün London meri Alderman İan Luderin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ötən həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına uğurlu səfərini və orada keçirdyi səmərəli göruşlərinin olduğunu qeyd edib. Dövlət başçısı London merinin ölkəmizə bu səfərinin Azərbaycanda gedən inkişaf proseslərlə yaxından tanış olmaq və Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanların öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Öz növbəsində Alderman İan Luder ölkəmizə səfəri zamanı müxtəlif dövlət strukturlarında keçirdiyi səmərəli görüşlər barəsində dövlət başçısına məlumat verib./ANS PRESS/