İlham Əliyev Latviya prezidentini təbrik edib
08 İyul 2011 Cümə 19:43
Dövlət başçısı Andris Berzinşə Latviya Respublikasının prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik məktubu göndərib.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Andris Berzinşə məktub göndərib. ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar