İlham Əliyev Kuba xalqını təbrik edib
30 Dekabr 2011 Cümə 19:50
Azərbaycan prezidenti İlham Əliyev Kubanın Azadlıq Günü münasibətilə Raul Kastro Rusa məktub göndərib.
Prezident İlham Əliyev Kubanın Azadlıq Günü münasibətilə bu ölkənin Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib. “Hörmətli cənab Sədr,
Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün Kuba xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Kuba münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram”, - deyə dövlət başçısının təbrik məktubunda bildirilir.
DOSTLARINLA PAYLAŞ: