İlham Əliyev Hindistan prezidentinə məktub ünvanlayıb
22 May 2010 Şənbə 18:25
Dövlət başçısı İlham Əliyev həmkarına başsağlığı verib.
Prezident İlham Əliyev Hindistan Respublikasının dövlət başçısı xanım Pratibha Devisinqh Patilə təyyarə qəzası nəticəsində baş vermiş çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Bununla əlaqədar dövlət başçısı hindistanlı həmkarına başsağlığı məktubu ünvanlayıb.

"Hörmətli xanım Prezident, Manqalor şəhərinin hava limanı yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Hindistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm",- deyə prezidentin başsağlığı məktubunda qeyd edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar