İlham Əliyev Estoniyada rəsmi qarşılanıb
07 Aprel 2010 Çərşənbə 15:05
Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirilib.
Bu gün Estoniyada dövlət səfərində olan Azərbaycan prezidenti İlham Əliyevin Tallində Kardiorqdakı Prezident sarayında rəsmi qarşılanma mərasimi olub. Azərbaycan və Estoniya dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Estoniya prezidenti Toomas Hendrik İlves və xanımı Evelin İlves Azərbaycan prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

Estoniyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Estoniya prezidenti Toomas Hendrik İlvesə təqdim olunub. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Estoniya Prezidenti sarayının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar