İlham Əliyev Bruney Sultanını təbrik edib
22 Fevral 2012 Çərşənbə 20:41
Prezident Hacı Həssənal Bolkiaha cansağlığı, işlərində uğurlar diləyib.
Azərbaycan prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək".

İlham Əliyev Hacı Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqınıza sülh və rifah diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar