İlham Əliyev Belarusdan Bolqarıstana yola düşüb
13 Noyabr 2009 Cümə 12:55
Prezident İlham Əliyev Belarusun Baş naziri Sergey Sidorski tərəfindən yola salınıb
Prezident İlham Əliyev Belarusa rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşüb.

Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk milli hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Belarusun Baş naziri Sergey Sidorski və digər rəsmi şəxslər yola salıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar