İlham Əliyev Barak Obamaya başsağlığı verib
23 İyul 2012 Bazar Ertəsi 09:43
Bununla bağlı Azərbaycan prezidenti amerikalı həmkarına məktub ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya başsağlığı verib.

ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, başsağılığı məktubunda deyilir:

"Kolorado ştatında baş vermiş faciə nəticəsində insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu kədərli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".


DOSTLARINLA PAYLAŞ:

oyunlar