İlham Aliyev Pakistanın yeni prezidentine mektub yazıb
30 İyul 2013 Çərşənbə Axşamı 22:33
İlham Aliyev: Men Azerbaycan-Pakistan münasibetlerine xüsusi ehemiyyet verirem.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Mən Azərbaycan-Pakistan münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Ümidvaram ki, xalqlarımızın iradəsini ifadə edən, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik".

İlham Əliyev Məmnun Hüseynə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar