İctimai Palata təcili toplansın
06 Avqust 2013 Çərşənbə Axşamı 00:56
Xalq Partiyasının sedri Penah Hüseyin İsa Qemberden İctimai Palatanın tecili iclasının çağrılmasını teleb edib.
İctimai Palatanın Koordinasiya Şurasının bir qrup üzvü təşəbbüslə çıxış edib. ANS PRESS-in Musavat.com-a istinadən verdiyi xəbərə görə, Xalq Partiyasının sədri Pənah Hüseyinin də daxil olduğu həmin qrup İP KŞ-NİN dönəm sədri İsa Qəmbərdən tələb edirlər ki, qurumun təcili iclası çağırılsın.
Bu barədə məlumat verən İP rəhbərlərindən bildirilib ki, təşəbbüsçülər Milli Şura formatında baş verən son hadisələrdən və bütövlükdə qarşıdakı prezident seçkilərinin taleyindən dərin narahatlıq keçirir.
Təşəbbüsçülər hesab edirlər ki, İP-i təmsil edən Milli Şuranın qurulmasında iştirak edən siyasi liderlərin ciddi yanlışlığı nəticəsində demokratik düşərgənin maraqları zərbə altına düşmüşdür. Bu səbəbdən də uzun müddətdir yığışmayan İP KŞ-nin, daha sonra isə qurumun sessiyasının çağırılması zərurəti yaranıb.
DOSTLARINLA PAYLAŞ: