Hökumət büdcəyə dəyişiklik edəcək
20 May 2010 Cümə Axşamı 23:10
Hökumət büdcəyə dəyişiklik edəcək. İlin əvvəlindən büdcədə profisit yaranıb.
Azərbaycan hökuməti 2010-cu ilin büdcəsinə dəyişikliklərə hazırlaşır. Maliyyə naziri Samir Şərifov parlamentin iqtisadi siyasət komitəsinin iclasında bildirib ki, ölkə rəhbərliyi bununla bağlı tapşırıq verib və artıq müzakirələrə başlanıb.

2010-cu ilin büdcəsi hazırlanarkən hökumətin konservativ siyasətə əsaslandığını xatırladan maliyyə nazirinin sözlərinə görə, ehtiyatlılıq özünü doğruldub və ilin əvvəlindən büdcədə profisit yaranıb. Samir Şərifov büdcə gəlirləri və xərclərinin nə qədər artırılacağını açıqlamasa da, sənədə dəyişikliklərin iyunda ediləcəyini bəyan edib.

Qeyd edək ki, cari ilin 1-ci rübündə büdcədə 467 milyon manatlıq profisit yaranıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar