Hillari Klintonun elçisi artıq Bakıda
13 Oktyabr 2012 Şənbə 14:14
O, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Bakıya gəlib. ANS PRESS-in məlumatına görə, o, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşdə Azərbaycanla regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri üzrə müzakirələr aparacaq. Həmçinin QHT və ABŞ-ın Azərbaycandakı biznes qurumlarının nümayəndələri ilə də görüşlər keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar