Həsən Ruhani Dağlıq Qarabağdan danışdı
09 Aprel 2014 Çərşənbə 13:45
İran prezidenti Həsən Ruhani: İran regionda mövcud olan bütün problemlərin həllində maraqlıdır.
İran dövlət başçısı Həsən Ruhani prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, hər iki ölkə terrorizm və ekstremizmə qarşı birgə mübarizə aparmalıdır. ANS PRESS-in məlumatına görə, prezident İranın regionda mövcud olan bütün problemlərin həllində maraqlı olduğunu bildirib.
“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə öz həllini tapmalıdır”, deyə Həsən Ruhani bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfər edib.
Prezident İlham Əliyev İranın dövlət başçısı Həsən Ruhani ilə görüşüb. Görüşdən sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi keçirilib.
DOSTLARINLA PAYLAŞ: