Həmsədrlər bu gün Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüblər
02 Mart 2009 Bazar Ertəsi 15:40
Diplomatlar martın 3-də Bakıya gələcəklər

Cənubi Qafqaz regionuna səfər çərçivəsində, İrəvanda olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Sabah diplomatların yenidən Bakıya gələcəyi gözlənilir.
Qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri Bako Saakyanla keçirdikləri görüşdən sonra isə ATƏT-in rusiyalı həmsədri Yuri Merzlyakov bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün obyektiv şərait yaradılıb. O, bildirib ki, müvəqqəti proqnozlar vermək həmişə çətin olur və o, bu il nə baş verəcəyini deyə bilməz.
Qeyd edək ki, həmsədrlərin regiona səfəri fevralın 26-da başlayıb. Həmsədrlər əvvəlcə Azərbaycana səfər ediblər. Buradan onlar Ermənistana, İrəvandan isə separatçı Dağlıq Qarabağa yollanıblar. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar