Hacı Allahşükür Paşazadə Xocalıdan danışıb
10 Mart 2014 Bazar Ertəsi 14:06
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə iqtisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmininin mühüm olduğunu deyib.
Birləşmiş ərəb Əmirliyinin paytaxtı Əbu Dabi şəhərində İslam cəmiyyətlərində sülhün möhkəmləndrilməsi mövzusunda forum keçirilib. Forumda dünya müsəlmanlarının dini icmaalarının rəhbərləri, dini liderləri iştirak edir. Forumda çıxış edən dini liderlər müxtəlif ölkələrdə yaşayan müsəlmanlara qarşı təcavüzə, zorakılıq hallarına son qoyulmasını tələb ediblər. Tədbirin əvvəlində Əfqanıstan, Pakistan, Suriya, Liviya, Misir və digər ölkələrdə aparılan müharibələrin gətiriyi ağır nəticələr müzakirə edilib.
Forumda Azərbaycanı bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təsmil edib. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə çıxışında konrans iştirakçılarına, BƏƏ lideri xəlifə İbn Zeyd Əl Nəxayyana Azərbaycan prezidenti İlham Əliyevin salamlarının çatdırıb. Əlavə edib ki, islam sülh dinidir. Sülh islamın cövhərindədir, dünyanın istisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini olduqca mühümdür.
Hacı Allahükür Paşazadə islami biriliyin, islam həmrəyliyi məsələsinin vacib olduğunu diqəqətə çatdırıb.
Qafqazın şeyxi həmçinin Azərbaycanın tolerant ölkə kimi dünyaya nümunə olduğunu bildirib. Konfransın yekununda bəyannamə qəbul edillb.
DOSTLARINLA PAYLAŞ: