Hacı Allahşükür Paşazadə bu gün Tatarıstan prezidentiylə görüşəcək
16 Dekabr 2011 Cümə 06:30
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bölgədəki böyük məscidlərə də baş çəkəcək.
Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadənin Rusiyanın Tatarıstan respublikasına səfəri davam edir. Bu gün Şeyx Kazanda Tatarıstan prezidenti Rustam Minnixanovla görüşəcək, bölgənin ən böyük məscidlərinə baş çəkəcək.
Xatırladaq ki cənab Paşazədə Kazana ötən gün gedib. O, Rusiyanın din xadimlərinin eləcə də hökümət və hüquq mühafizə orqanlarının təmsilçilərinin iştirak etdiyi tədbirə qatılıb.
Bundan başqa Şeyxin başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan müsəlmanları ruhani idarəsinin sədri İldus Xazrat Fayzovla görüş keçirib. Görüşdə iki ölkə arasında dini sahədə əlaqələr, o cümlədən də Şimali Qafqaz regionunda dini vəziyyət geniş müzakirə olunub. Tərəflər tələbələrin qarşılıqlı dini təhsil alması sahəsində müəyyən razılığa gəliblər.
DOSTLARINLA PAYLAŞ: