Vera Kobaliya İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərində görüşlər keçirəcək.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya aprelin 25-də Bakıda səfərdə olacaq.
Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin birgünlük səfər proqramına İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərində görüşlər daxildir.
Həmin görüşlərdə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığa dair məsələlər, birgə həyata keçirilən layihələr və digər məsələlər müzakirə olunacaq. ANSPRESS