Gürcüstanın ölkəmizdəki yeni səfiri İrakli Kavtaradze
06 Aprel 2010 Çərşənbə Axşamı 15:15
Mixail Saakaşvili İrakli Kavtaradzenin namizədliyini parlamentin təsdiqinə təqdim edib.
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin Azərbaycanda yeni səfirinin adını açıqlayıb. Bu, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədr müavini vəzifəsində işləyən İrakli Kavtaradzedir.

Gürcüstanın Bakıdakı səfirliyindən verilən məlumata görə, yeni səfirin Azərbaycana nə vaxt gələcəyi hələlik məlum deyil, belə ki, əvvəlcə o, parlament tərəfindən təsdiq edilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar