Gültekin Hacıbeyli aranı qarışdırdı
19 Avqust 2013 Bazar Ertəsi 19:36
Gültekin Hacıbeyli: Milli Şuranın prezidentliye namizedi ya Eli Kerimli, ya da İsa Qember olsun.
"Milli Şuranın prezidentliyə namizədi ya Əli Kərimli, ya da İsa Qəmbər olsun".
ANS PRESS-in Publika.az-a istinadən verdiyi məlumata görə, bu barədə Milli Şuranın bu gün keçirilən qapalı sessiyasında sabiq deputat Gültəkin Haclbəyli təklif irəli sürüb.
G.Hacıbəyli seçki təcrübəsini əsas gətirərək bu iki şəxsdən birinin namizəd olmasını Milli Şura üçün məqsədəuyğun variant adlandırıb. Lakin onun bu təklifi qəbul edilməyib, digər üzvlər tərəfindən etirazla qarşılanıb. Buna etiraz edən tərəfin əsasən ACP olduğunu deyilir.
İlkin məlumata görə, ACP sədri Sülhəddin Əkbər israrla Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanıb. Onun namizədliyi alınmayacağı təqdirdə isə digər üzvlərdən heç bir partiya mənsubiyyəti olmayan şəxsin seçilməsinin tərəfdarı olduğuğunu dilə gətirib.
Qeyd edək ki, seçkilərin boykot edilməsi məsələsi üstündə aralarında qarşıdurma yaşanan İsa Qəmbərlə Əli Kərimli Gültəkin Hacıbəylinin təklifindən sonra yaxınlaşaraq eyni mövqedən çıxış ediblər. Belə ki, onlar seçkilərə vahid namizədlə yanaşı, Milli Şuranın ehtiyat namizədlərlə qatılmasını məqsədəuyğun sayıblar.
Lakin bu da digər partiyalar tərəfindən etirazla qarşılanıb. Hazırda heç bir razılığa gəlinmədiyi deyilir.
DOSTLARINLA PAYLAŞ: