Füzuli və Xocavəndin hərbi komendantı olmuş rus generalına Azərbaycan Milli Məclisinin fəxri medalı
09 Noyabr 2011 Çərşənbə 19:44
Rusiyanın Sankt-Peterburq şəhərində 1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytenant Aleksandr Voloxun mükafatlandırma mərasimi keçirilib.
APA-nın Rusiya müxbirinin verdiyi məlumata görə, Sankt-Peterburqda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Milli Məclisin fəxri medalını general Voloxa təqdim edib.

Mərasimə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sankt-Peterburqdakı baş konsul Qüdsi Osmanov, Milli Məclisin deputatları Aydın Cəfərov, Rasim Musabəyov və Azərbaycan diasporunun fəalları qatılıb.

O. Əsədov A. Voloxa Azərbaycan-Rusiya münasibətlərinin inkişafına və Rusiyada Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

A. Volox bu mükafatın onun üçün gözlənilməz olduğunu deyib. O, 20 il əvvəl Azərbaycanda hərbi komendant olduğunu söyləyib: “Mən heç vaxt Azərbaycandakı xidmətlərimə görə mükafat gözləməmişəm. Belə də olmalıdır. Fəaliyyətinə görə mükafatlandırılmaq yaxşıdır, amma mükafatı gözləmək yaxşı deyil. İnsan gərək təmənnasız yaxşılıq eləsin. Qarabağ müharibəsi zamanı təcavüzə məruz qalmış azərbaycanlı mülki əhaliyə göstərdiyimiz yardımları mənim yerimdə başqası da olsa edərdi. Bu, insanlıq borcudur. Sadəcə olaraq həmin hadisələr vaxtı mən orada olmuşam. Çox xoş bir haldır ki, bu gün mənə məhz insan həyatını xilas elədiyimə görə Azərbaycan Milli Məclisinin fəxri medalı verilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar