Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Latviya səfirini qəbul edib
29 Mart 2011 Çərşənbə Axşamı 17:34
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanisi qəbul edib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, Azərbaycanda fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verən K. Heydərov “Azərbaycan Respublikası hökuməti və Latviya Respublikası hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”in gələcək əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. K. Heydərov Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə aprel ayında Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin Azərbaycana səfərinin planlaşdırıldığını da deyib.
Səfir isə ölkələr arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. APA
DOSTLARINLA PAYLAŞ: