Fazil Mustafa namizedlikden imtina etdi
13 Avqust 2013 Çərşənbə Axşamı 17:30
Fazil Mustafa: Partiya rehberliyinde ciddi müzakirelerden sonra namizedliyimi ireli sürmemek barede qerara geldim.
Millət vəkili Fazil Mustafa prezident seçkilərində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, deputat bu barədə öz “Facebook” profilində məlumat yayıb:

“Builki Prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı vardı. Namizədliyimiz irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar