Fazil Mustafa Elçibey irsini tenqid etdi
24 İyun 2013 Bazar Ertəsi 08:33
Fazil Mustafa: Ebülfez beyin siyasi irsine menim münasibetim tenqididir.
«Bu gün Əbülfəz bəyin siyasi irsinə mənim münasibətim tənqididir». ANS PRESS-in məlumatına görə, bunu Facebook sosial şəbəkəsində Elçitbəy hakimiyyəti dövründə yüksək vəzifə tutmuş, və partiyada onun müavini olmuş, millət vəkili Fazil Mustafa yazıb.

O yazıb ki, Elçibəyin tarixə və proseslərə baxışına, ideoloji postulatlarına yanaşması fərqlidir. «Ancaq onun insanlıq ölçülərinə, siyasət əxlaqına hər dəfə üz tutacağımıza emin olduğumu bilirem. "Mütəfəkkir" heykəlini yaratmış Rodeden soruşurlar ki, bu möhtəşəm əsəri necə yaratdın, cavab qısa olur: Daşı götürüb üzərində artıq olan nəyi varsa yondum. Düşünürəm ki, Əbülfəz bəy şəxsiyyətini və siyasi irsini hədsiz ideallaşdırmaq istəyənlər əslində onu ucaltmaqdan daha çox, özlərinə barınmağa kölgəlık axtarırlar. Sadəcə, doğru və yanlışı ilə onun obrazını təqdim etməkdən faydalı yol görmürəm. Onun obrazından artıq olan hər şeyi çıxarsanız, sadəcə özünün səmimiyyəti və əxlaq anlayışı ilə cəmiyyətdə daha çox seviləcəyini və xatırlanacağını görəcəksiniz”, - Fazil Mustafa əlavə edib.

Xatırladaq ki, bu gün Əbülfəz Elçibəyin ad günüdür. Yaşasaydı 75 yaşı tamam olacaqdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar