Evez Temirxan Milli Şuradan çıxdı
24 Oktyabr 2013 Cümə Axşamı 17:41
Milli Şuranın bu günki sessiyasında 9 nəfər qurumdan çıxarılıb. Evez Temirxan da Milli Şuradan çıxarılıb.
Bu gün Milli Şuranın iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda çıxış edən Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Şuranın üzvü Əvəz Temirxan bildirib ki, Milli Şura daxili düşmənçiliyə üstünlük verir. Buna görə də, ALP sədri Milli Şuranın tərkibindən çıxır.
O, çıxışından sonra yarımçıq iclası tərk edib.
İclasda çıxış edən Cəmil Həsənli bildirib ki, Milli Şura istefa verən şəxslər barədə müzakirə aparmaq niyyətində deyil. İclasda yalnız istefa müzakirəyə qoyulur və bununla bağlı müvafiq qərar qəbul olunur.
Xatırladaq ki, daha əvvək ALP lideri Lalə Şövkət də Milli Şuranın istefa vermişdi.
Bundan əlavə 9 nəfər MŞ-dan çıxarılıb. Onlardan 7 nəfər qurumdan istefa ərizəsi yazdıqları üçün, 2 nəfər isə qurumun sessiyalarında və fəaliyyətində iştirak etmədiyi üçün üzvlkdən kənarlaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: