EURONEST Parlament Assambleyasının birinci sessiyasının proqramı açıqlanıb
09 Sentyabr 2011 Cümə 15:36
EURONEST Parlament Assambleyasının sentyabrın 14-15-də Strasburqda keçiriləcək 1-ci sessiyasının proqramı bəlli olub.
APA-nın EURONEST-in saytına istinadən verdiyi məlumata görə, sentyabrın 14-də qurumun 4 daimi komitəsinin – Siyasi məsələlər; İnsan haqları və demokratiya; İqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və Avropa Birliyinin siyasətinə uyğunluq; Sosial məsələlər, təhsil, mədəniyyət, vətəndaş cəmiyyəti komitələrinin iclasları olacaq.
Sentyabrın 15-də sessiya Avropa Parlamentinin sədri Yeji Buzek və Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin çıxışları ilə açılacaq. Sessiya çərçivəsində sentyabrın 29-30-da Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə tövsiyə xarakterli qətnamənin, Belarusa dair Bəyannamənin və assambleyanın 2011-2012-ci illər üçün iş planının qəbulu gözlənilir.
Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. apa
DOSTLARINLA PAYLAŞ: