Elmar Məmmədyarov Suriyanın xarici işlər naziri ilə görüşüb
30 Avqust 2012 Cümə Axşamı 14:45
Xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub.

E. Məmmədyarov tərəfindən Azərbaycanın Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar