Elmar Məmmədyarov Rusiyaya iyulun 17-də səfər edəcək
09 İyul 2011 Şənbə 14:22
Səfər zamanı Qarabağ üzrə danışıqların hazırki vəziyyəti müzakirə olunacaq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərinin tarixi dəqiqləşib. Nazir bu gün jurnalistlərə verdiyi açıqlamasında Moskvaya iyulun 17-də səfər edəcəyini bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq səfər iki gün davam edəcək. Səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırki vəziyyəti müzakirə olunacaq, iki ölkə arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası haqqında sənəd mübadiləsi aparılacaq, eyni zamanda xarici siyasət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzərdə tutan bir sıra qərarlar qəbul ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: