Elmar Məmmədyarov Qazaxıstana gedir
26 İyun 2011 Bazar 15:43
Nazir Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak edəcək.
Azərbaycan Respublikasının xarici işlər naziri un Astana şəhərində keçiriləcək İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmək məqsədilə 27-28 iyun tarixlərində Qazaxıstan Respublikasına səfər edəcək. Bu barədə ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir E.Məmmədyarovun İKT-nin Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında çıxışı və səfəri çərçivəsində ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: