Elmar Məmmədyarov Pakistanın yeni səfirini qəbul edib
13 İyul 2011 Çərşənbə 18:38
Xarici işlər naziri Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən İ.Kakar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.

O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan - Pakistan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə pakistanlı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar