Elmar Məmmədyarov Moskvaya səfər edəcək
20 Mart 2010 Şənbə 13:45
Elmar Məmmədyarov Moskvaya səfər edəcək. Səfər gələn həftə reallaşacaq.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Moskvaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun verdiyi məlumata görə, nazir Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.

E. Poluxovun sözlərinə görə, E. Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü planlaşdırılmayıb: “Vasitəçilər hələ ki, belə təkliflə çıxış etməyib”.

Xatırladaq ki, MDB XİN başçıları şurasının iclasında 20-yə yaxın məsələ müzakirə olunacaq. Nazirlər Böyük Vətən Müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş bir sıra sənədləri müzakirə edəcəklər. İclas iştirakçıları, həmçinin Qazaxıstanın ATƏT-ə sədrliyi, Avropa Təhlükəsizliyi Müqaviləsi layihəsi, MDB çərçivəsində müxtəlif səviyyəli XİN-lərarası məsləhətləşmələrin keçirilməsi, MDB-nin inkişaf konsepsiyası layihəsinin həyata keçirilməsi, korrupsiya ilə mübarizədə əməkdaşlıq, MDB ölkələrində bu il keçiriləcək seçkilərdə MDB müşahidəçilərinin iştirakı və s. məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar