Elmar Məmmədyarov Moskvaya gedib
21 Aprel 2014 Bazar Ertəsi 23:04
Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yola düşüb.
XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 22 aprel tarixində Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak etmək üçün Moskvaya yola düşüb.
Tədbir çərçivəsində Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: