Elmar Memmedyarov Litvanın ölkemizdeki sefirini qebul edib
09 Sentyabr 2013 Bazar Ertəsi 21:47
Nazir Elmar Memmedyarov ikiterefli emekdaşlığın daha da genişlendirilmesi üçün potensialın olduğunu qeyd edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskası qəbul edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Arturas Jurauskası ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazir ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Səfir Arturas Jurauskas öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar