Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb
07 İyul 2012 Şənbə 13:56
Görüş Kestutis Kudzmanasının diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.
Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasının ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla Litva arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib, Kestutis Kudzmanasa gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrdə Litva ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar