Elmar Məmmədyarov Fransaya gedəcək
29 İyul 2012 Bazar 01:05
Elmar Məmmədyarov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 31-də Fransaya rəsmi səfər edəcək. Xarici işlər nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarov fransalı həmkarı Loran Fabiusla görüşəcək. Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
DOSTLARINLA PAYLAŞ: