Elmar Məmmədyarov Estoniya parlamentinin sədrini qəbul edib
28 İyun 2012 Cümə Axşamı 21:08
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində Estoniya parlamentinin spikeri Azərbaycana səfər etməsindən məmnun olduğunu ifadə edib və ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində ölkələrimizin dövlət başçılarının rolu xüsusi olaraq vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.
DOSTLARINLA PAYLAŞ: