Elmar Məmmədyarov Əfqanıstan üzrə Beynəlxalq Konfransda iştirak edəcək
03 Dekabr 2011 Şənbə 14:36
Konfrans Almaniyanın Bonn şəhərində keçiriləcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 5 dekabr tarixində Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Konfransda iştirak edəcək. Bu barədə ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı xarici işlər naziri Elmar Məmmədyarovun Konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar