Elmar Məmmədyarov BƏƏ-li həmkarı ilə görüşüb
17 Noyabr 2012 Şənbə 15:41
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən üçüncü Sir Bani Yas Forumunda iştirakı çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirələr və beynəlxalq gündəmdə duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış “Diplomatik pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında Saziş”ə əlavələr edilməsi məqsədi ilə nota mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda Şeyx Abdulla bin Zahid Əl-Nəhyan Nazir Elmar Məmmədyarovu rəsmi səfərə dəvət etmişdir.
DOSTLARINLA PAYLAŞ: