Eli Kerimli ve İsa Qember arasında gerginlik
19 Avqust 2013 Bazar Ertəsi 17:06
Vaxt az qaldığından Rüstem İbrahimbeyovu gözlemekle zaman itirmek olmaz sözü Eli Kerimli ve İsa Qember arasında mübahiseye sebeb olub.
Milli Şuranın bugünkü sessiyasında gərginlik yaşanıb.

Çıxış edən Şura üzvləri sənədləri qaydasında olmayan Rüstəm İbrahimbəyovun namizədliyi saxlanılmaqla digər şəxslərin namizədlik üçün MSK-ya müraciət etmələrinə icazə verilməsini təklif ediblər.

Qeyd olunub ki, vaxt az qaldığından R.İbrahimbəyovu gözləməklə zaman itirmək olmaz. Alternativ namizədlərin olması ilə bağlı qərar qəbul edilməlidir.

AXCP sədri Əli Kərimli bu kimi təkliflərə qarşı çıxaraq "Milli Şuranın vahid namizədi bəllidir. Bu, Rüstəm İbrahimbəyovdur" deyib.


Ə.Kərimli hətta vəziyyətdən asılı olraq boykot qərarının da qəbul edilməsini mümkün sayıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdə mütləq iştirakın tərəfdarı olduğunu deyib. O, ötən təcrübəyə əsaslanaraq boykotun effekt vermədiyini, seçkilərdə iştirakın vacibliyini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar