"Son vaxtlar siyasi baxımdan danışıqlar aktivləşib. Bu, göz qabağındadır".
Bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, artıq müəyyən irəliləyişlərin olduğu hiss edilir. "Biz hamımız gözləyirik ki, sülh müqaviləsi bağlansın. Sülh müqaviləsindən sonrakı proseslərə biz çoxdan hazırıq. Bu nə vaxtsa baş tutmalıdır".
Komitə sədri artıq məcburi köçkünlərin qayıdış proqramının bir il bundan əvvəl yekunlaşdırılaraq beynəlxalq təşkilatlar və səfirliklərlə razılaşdırıldığını bildirib. "Düzdür qayıdış birdən-birə baş tutmayacaq. Yəqin ki, bir istiqamət üzrə aparılacaq".
Əli Həsənovun sözlərinə görə, qayıdışdan əvvəl ərazilər minadan təmizlənəcək. Dəymiş ziyanın miqdarı 60 milyard dollardır, amma bu bir daha dəqiqləşdiriləcək"./ANS TV/